İnternetdə "yeməli torpaq”satışa çıxarıldı – Kimlər alıb yeyə bilər?

İnternetdə
 Bir neçə müddətdir sosial mediada, internet vasitəsilə qida məqsədli, yəni yeməli torpaq satışına rast gəlinir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, xüsusən Türkiyədə müxtəlif ölkələrdən gilli torpaq və təbaşir kimi məhsullar gətirən və onlayn satışını təmin edən xüsusi biznesmenlər meydana çıxıb. Belə ki, məhsulları təqdim edənlər onların steril olduğunu qeyd edərək, Pika sindromundan əziyyət çəkən şəxslərə sataraq pul qazanır. Hətta belə sifarişlərdən birində Konyadan gəldiyi bildirilən torpağın yarım kilosunun 35 lirə(10 manat), digər fərqli bölgələrdən gətirilən təbaşir və torpağı isə 100 lirəyə (28manat) satışa çıxarıblar. Qeyd edirlər ki, bu torpaqlar daha minerallıdır.

Lakin uzmanlar torpaq yemənin heç bir mineral əskikliyini aradan qaldırmadığını bildirib. Üstəlik onlar qəbizlik, bağırsaqlarda parazit, civə zəhərlənməsi və yetişkin insanlarda cinsi istəyin azalmasına gətirib çıxarır. Torpaq, gil,təbaşir, kömür kimi maddələr yemə vərdişi olan şəxslər tibdə pika sindromu kimi adlanan xəstəlikdən əziyyət çəkirlər. Lakin xalq arasında tibbi adı bilinmədiyinə görə, adətən dəmir, sink, kalsium əskikliyi kimi səbəblərdən belə təlabatın olması kimi yozulur.

Ən təhlükəlisi isə civə zəhərlənməsi və nevroloji pozuntulara səbəb olmasıdır. Uzmanlar bildirir ki, torpaq yeyən şəxslər torpaqla birgə parazitlər, parazit yumurtaları da yemiş olur. Təsiri qısa müddətdə görülməsə də, daha sonra yavaş-yavaş ortaya çıxır.

 

Böyüklərdə ciddi və ağır nevroloji problemlər, libidin itirilməsi, cinsi istəyin azalması ilə müşahidə olunur. Uşaqlarda isə diqqət dağınıqlığı,davranış pozuntuları, böyüməyin ləngiməyi kimi problemlərlə ortaya çıxır.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...