Rusiya Müdafiə Nazirliyindən mina əməliyyatı ilə bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyindən mina əməliyyatı ilə bağlı açıqlama
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, rus sülhməramlılar Laçın dəhlizindəki bir ərazidə partlayıcı maddələri təmizləyib və döyüşlər zamanı dağılmış yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir qruplarının təhlükəsizliyini təmin ediblər.

Qeyd olunub ki, aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir.

MN-in məlumatına görə, ümumilikdə Dağlıq Qarabağdakı sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolları təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb və 1000-ə yaxın partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

Nazirlikdən bildirilib ki, rus sülhməramlılar təhlükəsizliyi təmin edir və təmir qruplarına elektrik xətlərini, qaz boru kəmərlərini, rabitə xətlərini və transformator yarımstansiyalarını yenidən qurmağa kömək edir.

Belə ki, ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qüllə, 1,2 min metr qaz kəməri, 1,5 mindən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası bərpa edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...