Rusiya azərbaycanlıları ölkədən çıxarır – Son möhlət verildi

Rusiya azərbaycanlıları ölkədən çıxarır – Son möhlət verildi
Rusiya Daxili İşlər Nazirliyi MDB ölkələrinə iyunun 15-dək möhlət verib.

DİN Birlik dövlətlərinə Rusiyada qanunsuz qalan əcnəbi vətəndaşları geri götürmək tələbi qoyub. Əks halda, rəsmi Moskva sərhədlərin bağlanması da daxil olmaqla, sərt tədbirlər görəcək.

Bunu Daxili İşlər Nazirinin birinci müavini Aleksandr Qorovoy MDB üzv dövlətlərin Parlamentlərarası Assambleyasında bildirib.

Nazir müavini deyib: "Siz və mən bu insanları prezidentin fərmanından da göründüyü kimi iyunun 15-ə qədər çıxarmarıqsa, bu insanlar qovulmaqla sərt cəzalandırılacaq və sərhədlər bağlanacaq”.

Qorovoy Rusiyaya qonşu olan ölkələrin nümayəndələrinə problemi bloqerlər və medianın köməyi ilə həll etmələrini təklif edib. Onun fikrincə, bu da qanunsuz miqrantların qərar qəbul edilməsinə təsir göstərməlidir.

Eyni zamanda, göstərilən vaxtdan əvvəl Rusiyada qaldıqları müddətdə miqrantlara qarşı cəzalar tətbiq olunmayacaq.

Xatırladaq ki, Rusiya Prezidentinin fərmanına əsasən, Rusiyada olan və pandemiyaya görə Rusiya Federasiyasını tərk edə bilməyən əcnəbilər yalnız 15 iyun tarixinə qədər ölkədə problemsiz qala bilərlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində ərazisində qanunsuz olaraq 332 mindən çox Özbəkistan, 247 min Tacikistan, 115 min Qırğızıstan, 120 min Azərbaycan və 152 min Ukrayna vətəndaşı var. // Yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...