Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulur

Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulur

Revmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Ona görə də xəstəlik məktəbli, uşaq evləri və xəstəxanalarda, həmçinin yoxsulluq və şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra meydana çıxır.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, xəstəlik kəskin şəkildə keçirilmiş anginadan təxminən üç həftə sonra başlayır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrəmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. İlk növbədə prosesə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlayanda isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar keçici xarakterdə olur və bir oynaqdan digərinə ötürülür: "Bəzi hallarda, xüsusən uşaqlarda revmatizm daha yumşaq, hətta xroniki formaya keçə bilər. Ümumi halsızlıq, ürəkdöyünmə və oynaqlarda qeyri-spesifik yüngül ağrılar olur".

O, xəstəliyin müalicəsi haqqında deyib ki, ilkin mərhələlərdə antibiotiklərdən istifadə olunur. Sonrakı dövrdə iltihab əleyhinə müalicə və fitoterapiya daha səmərəlidir.

Pəhriz barədə isə həkim-terapevt bunları deyib: "Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq lazımdır. Xəstənin qəbul etdiyi qida məhsulları zülal və vitaminlər, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar, o cümlədən şəkər, ağ çörək, kartof, qızardılmış və yağda yeməklər, ədviyyatlar, çay, qəhvə və alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri və onlardan hazırlanan dəmləmə, bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir".


OXŞAR XƏBƏRLƏR

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...