\"Rəşad Sadıqovun rekordunu qırmaq istəyirəm\" - Dmitri Nazarov

\

Azərbaycan millisinin üzvü və Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də oynayan Dmitri Nazarov açıqlama verib.

Sfera.az sportal.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zarafatla milli komandada ən çox oyun keçirən futbolçu ünvanını ələ keçirmək istəyidini deyib:

"Yeddi il ərzində ilk dəfə milli komandaya yollanmadım. Buna səbəb cəzalı durumda olmağım idi. Yığmada 40 oyuna 8 qol vurmuşam. Rekord isə 111 oyunla Rəşad Sadıqova məxsusdur. Onun rekorduna çatmaq üçün hələ bir neçə il də oynamalıyam".

"Auel" ilə 2023-cü ilə qədər yeni müqavilə imzalayan Nazarov klubda qalmasının səbəbini açıqlayıb:

"Azərbaycandan özəl təkliflərim olub. Beynəlxalq oyunlar diqqətdə qalmağınızı təmin edir. Ancaq "Aue"də özümü dəyərli və yaxşı hiss edirəm. Buna görə də müqaviləmi uzatdım. Ötən mövsüm mənim üçün yaxşı keçməsə də, hər zaman klubun yanında olduğumu söylədim. Yeni baş məşqçimiz Dirk Şuster burda qalmağıma təsir etdi. Hər kəs hücumçuların arxasında özümü necə rahat hiss etdiyimi bilir. Orada inkişaf etdiyimi görürəm".

 

Dima bu mövsüm 9 oyuna 4 qol vurub.



OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...