Logo

Ermənistanın Konstitusiyası dəyişir

Ermənistanın Konstitusiyası dəyişir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Sfera.az Ermənistan mediasına xəbər verir ki, bu barədə o, Milli Assambleyada keçirilən hökumət saatında danışıb.

"Əminəm ki, referendum zamanı Ermənistan vətəndaşlarının böyük əksəriyyəti səsvermədə iştirak edərək yeni Konstitusiyanı dəstəkləyəcək. Çünki bu Konstitusiyaya səs verməklə onlar özlərinin və gələcək nəsillərinin xeyrinə seçim etmiş olacaqlar", - deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, yeni Konstitusiya ilə bağlı gündəlik dövlətin gələcək baxışı və inkişaf modeli ilə əlaqədardır.

"Yeni Konstitusiyanın konsepsiyası və ideologiyası "Real Ermənistan" ideologiyasına əsaslanmağı nəzərdə tutur. Məqsəd Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət kimi təsbit etmək, münaqişələr səhifəsini bağlamaq, dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə ötürməkdir. Söhbət məhz bundan gedir", - deyə Ermənistanın baş naziri bildirib.

O qeyd edib ki, təklif olunan yanaşmanın məqsədi sülhü və xalq hakimiyyətini dönməz prosesə çevirməkdir.

Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanın hazırkı Konstitusiyası münaqişəyə xidmət etmək məntiqi əsasında formalaşdırılıb, yeni Konstitusiya isə sülhə xidmət etmək üçün nəzərdə tutulub./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR