Logo

Ana bətnindəki körpənin beynində əməliyyat apardılar

Ana bətnindəki körpənin beynində əməliyyat apardılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Moskva vilayətində həkimlər dünyaya gəlməmiş körpənin beynində ilk dəfə açıq üsulla cərrahi əməliyyat həyata keçiriblər. Müdaxilə ultrasəs müayinəsinin nəzarəti altında aparılıb.

Sfera.az bildirir ki, “Lenta.ru”nun məlumatına görə, hamiləliyinin 17-ci həftəsində olan qadın xəstəxanaya müraciət edib. Müayinələr zamanı döldə anadangəlmə hidrosefaliya – beyin boşluqlarında onurğa-beyin mayesinin normadan artıq toplanması müəyyən edilib.

Mayenin miqdarının artmaqda davam etdiyini nəzərə alan həkimlər körpə dünyaya gəlməmiş müdaxilə etmək qərarına gəliblər. Mütəxəssislər xüsusi üsulla dölün beyninin mədəciklərinə şunt adlanan nazik boru yerləşdiriblər. Bu boru artıq mayenin dölyanı mayeyə axmasını təmin edərək hidrosefaliyanın inkişafının qarşısını almağa kömək edib.

Moskva Vilayətinin V.İ. Krasnopolski adına Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Roman Şmakovun sözlərinə görə, bu üsul artıq mayenin axıdılmasını bərpa etməyə və xəstəliyin ağırlaşmasının qarşısını almağa imkan verib.

Hamiləliyin 30-cu həftəsində qadının dölyanı suları vaxtından əvvəl gəlib. Həkimlər təcili keysəriyyə əməliyyatı aparıblar. Nəticədə 750 qram çəkidə, 35 santimetr boyunda oğlan uşağı dünyaya gəlib. Vaxtından əvvəl doğulan körpə dərhal inkubatora yerləşdirilib və xüsusi nəzarətə götürülüb.

Doğuşdan 17 gün sonra körpəyə yenidən müdaxilə edilib. Bu dəfə beyində toplanan artıq mayenin baş dərisinin altındakı boşluğa ötürülməsi üçün xüsusi boru yerləşdirilib. Maye həmin nahiyədə tədricən sorulur.

Hazırda körpənin çəkisi 1 190 qrama, boyu isə 36 santimetrə çatıb. Aparılan müayinələr hidrosefaliyanın irəliləmədiyini göstərib. Bununla belə, uşağın gələcəkdə mütəmadi olaraq neyrocərrah nəzarətində olması tələb olunur.

Qeyd edək ki, hidrosefaliya beyin mədəciklərində onurğa-beyin mayesinin həddindən artıq toplanması nəticəsində yaranan xəstəlikdir. Bu vəziyyət beyinə təzyiq göstərə və müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR