Kobaxidzedən Azərbaycanla bağlı açıqlama
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə dəstəyini bir daha ifadə edib.
Sfera.az xəbər verir ki, o, bu barədə oktyabrın 30-da Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.
Kobaxidze qeyd edib ki, Gürcüstan hər zaman regionda dinc yanaşı yaşamağın və dialoqun tərəfdarı olub.
“Gürcüstan həmişə regionda dinc yanaşı yaşama və dialoqun güclü tərəfdarı olub. Qonşu ölkələrimiz arasında başlayan sülh prosesini alqışlayırıq və ümid edirik ki, bu, regionda uzunmüddətli sülhün və iqtisadi inkişafın təmin olunması üçün zəmin yaradacaq”, – deyə Gürcüstanın Baş naziri vurğulayıb.
O, həmçinin Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsinin hazırkı geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıdığını bildirib./globalinfo






