"TRIPP-in icrası praktiki mərhələyə qədəm qoyub" - Paşinyan
Kateqoriya məlum deyil
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin iqtisadi dayanıqlığının artırılması baxımından regional kommunikasiyaların mümkün qədər tez açılmasının vacib olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bunu Baş nazir hökumətin iclasında deyib.
Baş nazir, həmçinin, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə imzalanmış sazişin ratifikasiya prosesinin parlamentdə başladığını xatırladıb.
Paşinyan əlavə edib ki, TRIPP layihəsinin həyata keçirilməsi praktiki mərhələyə qədəm qoyur./APA






