Ermənistan Baş naziri: "Azərbaycanla sülh sazişi 2027–2028-ci illərdə imzalana bilər"
Kateqoriya məlum deyil
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini, sənədin bu il imzalanmasına isə vaxt çatmasının çətin olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması üçün prosesin başa çatdırılması müəyyən vaxt tələb edir.
Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistan hökumətinin iclasında Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasını əsas vəzifələrindən biri adlandırıb./APA






