Logo

Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO

Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin doğum gününü Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə birlikdə qeyd edib.

Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin bir gün əvvəl səhər saatlarında KİV-də Gerhard Şröderin “Globus” şirkətinin işləri ilə əlaqədar Moskvada olduğu barədə məlumat alıb. Prezident köhnə dostunu evinə dəvət edib. Gerhard Şröder dövlət başçısının dünən doğum gününü qeyd etdiyi zaman Vladimir Putinin yanında olub”, — deyə açıqlamada bildirilir.

Oktyabrın 7-də, çərşənbə günü Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröder işgüzar səfərlə Moskvaya gəlib. “Globus” şirkətindən bildirilib ki, Şröder pərakəndə satış şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə görüşür./publika

Photo
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR