Ermənistanın Rusiyaya yeni səfir namizədinin adı açıqlandı

Rusiyada Ermənistanın yeni səfiri vəzifəsinə ən real namizəd ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryandır.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, hazırda səfir postuna bir neçə namizəd nəzərdən keçirilir. Lakin ən real namizəd kimi Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın adı çəkilir.
Bildirilir ki, Safaryan Rusiya və digər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətlərin inkişafı istiqamətini koordinasiya edir. Onun Rusiya xarici işlər naziri Sergey Lavrov və digər yüksəkvəzifəli rusiyalı diplomat və siyasətçilərlə normal münasibətlərinin olduğu da iddia edilir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın “Joqovurd” qəzeti hökumətdəki mənbələrə istinadən baş nazir Nikol Paşinyanın Rusiyadakı səfiri dəyişdirmək planının olduğunu yazmışdı. Hazırda bu vəzifəni Qurgen Arsanyan tutur.
İnci
Sfera.az






