İran valyutası ucuzlaşır - Yeni antirekord qeydə alındı

Müharibə vəziyyətində olan və ağır sanksiyalarla üzləşən İranda milli valyutanın xarici valyutalara nəzərən kursu ən aşağı səviyyəyə düşüb. ABŞ-nin İran iqtisadiyyatını iflic etmək üçün artan təzyiqi rialın dollara qarşı dəyərini daha da aşağı salıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu gün sərbəst bazarda bir dollar 1,992 milyon riala satılıb.
Bu səviyyə ABŞ Prezidenti Donald Trampın ötən həftə Tehrana qarşı "sarsıdıcı iqtisadi əməliyyat" elan etməsindən bəri 4,5% azalma deməkdir.
Bazarı izləyən mütəxəsislər bildirir ki, dolların riala qarşı kursu tezliklə 2 milyon həddini keçəcək.
Qeyd edək ki, ABŞ-nin İranı təcrid etmək səyləri səbəbindən milli valyuta təzyiq altındadır. ABŞ İranın Fars körfəzindəki əsas limanlarını blokadaya alıb, ölkənin qalan azsaylı ticarət tərəfdaşlarını təhdid edir və valyuta gəlirlərinin ən vacib mənbəyi olan neft ixracını məhdudlaşdırır.
Ötən həftə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati ölkənin xam neft ixracının demək olar ki, dayandığını bildirib. Tehranın ən vacib ticarət tərəfdaşlarından biri olan Birləşmiş Ərəb Əmirlikləri də ötən həftə İranla bütün maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlayıb.
Vasif






