İsrail İranı vurdu: "Qabaqlayıcı zərbə endirdik"

İsrail İranı vurdu: "Qabaqlayıcı zərbə endirdik"
Kateqoriya məlum deyil
T

İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə edib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb. 


Yerli medianın xəbərinə əsasən, bunu müdafiə naziri İsrael Katz deyib.

 

O bildirib ki, yaxın gələcəkdə İsrail dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.

 

Buna görə də, müdafiə naziri İsrael Katz İsrail Dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.

 

"Cəbhə Komandanlığının və hakimiyyət orqanlarının təlimatlarına əməl edilməli və qorunan ərazilər qorunmalıdır", - nazir qeyd edib.

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ