Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO

Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO
 

ABŞ-ın Miçiqan ştatının Livoniya şəhərində doqquz yaşlı qızın diqqəti sayəsində hovuzda batan uşaq xilas olub.

Sfera.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlarda görünür ki, iki yaşlı uşaq hovuza düşür və batır. Hovuzda olan digərləri bunu görmürlər. Ancaq orada olan qız bunun fərqinə varır və uşağın xaç anasına deyir. Dərhal suya tullanan qadın uşağı çıxarır.

Kamera görüntülərinə əsasən demək olar ki, uşaq hovuzun dibində üç dəqiqədən artıq qalıb. 

Xoşbəxtlikdən oteldə həmin vaxt iki tibb bacısı olub. Onlar uşağa yardım edərək, həyatını xilas ediblər. Uşaq yerli xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir. (Oxu.az)




OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...