“Qalatasaray”ın sabiq futbolçusu vəfat edib
13:35 / 18.02.2020
3025
Türkiyə millisinin sabiq futbolçu Mustafa Yücedağ vəfat edib.
Sfera.az xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.
54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə "Qalatasaray”ın, ardından bir il də "Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində "Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.
Mustafa Yücedağ 1988-1990-cı illərdə Türkiyə yığmasının heyətində 9 matçda meydana çıxıb.