Azərbaycanlı diplomatın qızı dünyanın nüfuzluları siyahısında

Azərbaycanlı diplomatın qızı dünyanın nüfuzluları siyahısında
 "Business of Fashion" dərgisi 2019-cu ildə moda sahəsindəki 500 nüfuzlu insanın siyahısını hazırlayıb.

Sfera.az xəbər verir ki, buraya 45 ölkədən olan musiqi, moda, model sahəsindən olan insanlar daxil edilib. Dəb reytinqinə azərbaycanlı iş xanımı və "Aizel" mağazalar şəbəkəsinin sahibi Aysel Trudel (Hüseynova) də salınıb.

Aysel öz brendini 2003-cü ildə Rusiyada yaradıb. Onun sayəsində Moskvada Azeddine Alaia, Marc Jacobs, Stella McCartney, Peter Pilotto, Rodarte, Michael Kors, Oscar de la Renta, Emilio Pucci, Jimmy Choo və bir çox məşhur dünya brendlərinin satışı başlayıb.

"Mənim üçün "BoF 500" siyahısına daxil olmaq böyük qürurdur. 20 ildir davam edən fəaliyyətim boyunca bir çox brendləri Rusiyaya gətirmişəm. Eyni zamanda hər zaman Rusiyadakı gəncləri dəstəkləmişəm. Mənim Moda Fondumun məqsədi gənc dizaynerlərə dəstək olmaq, onların iş həyatında nəsə etməkdir" deyə, Aysel bildirib.

Aysel Trudel İnstaqram səhifəsində dərgi ilə bağlı gecədən olan fotolarını yayımlayıb. Dəbdəbəli "Business of Fashion" gecəsi Parisdə keçirilib.

Qeyd edək ki, Aysel diplomat Aydın Hüseynovun qızıdır. (Axşam.az)



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...