Kuril adalarında güclü zəlzələ olub

Dünya
19:30 / 16.02.2020
2032
Kuril adalarında 5,6 bal gücündə zəlzələ olub.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin Saxalin filialından məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 10:35 radələrində qeydə alınıb. Zəlzələnin episentri Onekotan adasından 56 kilometr şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.