Xəzər dənizinə tökülən çay bağlana bilər

Xəzər dənizinə tökülən çay bağlana bilər

İranda suyu Xəzər dənizinə tökülən Sefidrud çayının dənizə girişi bağlana bilər.

Sfera.az-ın  məlumatına görə, bunu İranın Xəzər dənizinin sahilyanı ərazilərin ətraf mühitinə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan IRNA-ya açıqlamasında deyib.

 

H.Xoşrəvanın sözlərinə görə, hazırda Sefidrud çayının deltasında problemlər yaranıb və çöküntülər çayın axınının qarşısını ala bilər.

Xoşrəvan əlavə edib ki, çöküntü prosesi bu formada davam edərsə və çayın aktiv dinamikası düzgün idarə olunmazsa, çayın dənizə birləşən hissəsi 5 ilədək bağlanacaq və bununla faciə baş verə bilər:

"Çünki bu çay Xəzər dənizinin cənub sahillərində ən böyük çaylardan biridir və 720 km uzunluğundadır. Çayın deltasında sahilin uzunluğu 110 kilometrdir və 3,6 min kvadrat-kilometr ərazini əhatə edir. Həmçinin çayın dənizə tökülən suyu orta hesabla ildə 3,8 milyon kubmetrdir və Xəzər dənizinin çöküntülərinin 40-dən çoxu Sefidrud çayı vasitəsi ilə təmin olunur".

Xoşrəvanın sözlərinə görə, ilk növbədə Məncil su bəndində çöküntülərin Sefidrud çayına birləşən çaylara boşaldılması əməliyyatı həyata keçirilməlidir. Sonrakı mərhələdə çayın Xəzərə tökülən hissəsi çöküntülərdən təmizlənməlidir. (trend)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...