Tikinti zamanı 10 il əvvəl basdırılmış üç cəsədin qalığı çıxdı

Dünya
21:15 / 14.02.2020
3976
Tikinti zamanı 10 il əvvəl basdırılmış üç cəsədin qalığı tapılıb. Hadisə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb.
Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər yayıb.
"Tikinti sahəsində qazıntı işləri aparılarkən işçilər üç nəfərin skeletləşmiş qalıqlarını tapıb”, - deyə məlumatda bildirilir.
İlkin məlumatlara görə, onlar 10 il əvvəl ölüb. Qalıqlar ekspertizaya yollanıb.
Faktla bağlı yoxlamalara başlanılıb.