Putinin gödəkçəsi qalmaqala səbəb oldu

17:21 / 13.02.2020
2008
Rusiya prezidenti Vladimir Putinin geyindiyi gödəkçə qalmaqala səbəb olub.
Sfera.az xarici mediaya istinadən bildirir ki, 14 min rubl (376 maqnat) qiyməti olan gödəkçəni istehsal edən firma öz saytında Putinin fotosunu yerləşdirib.
Bu isə haqsız rəqabət hesab olunub. Reklam haqqında qanunu pozmaqda ittiham edilən firmadan Federal Antiinhisar Xidmətinə şikayət edilib. Qurum isə paylaşılan fotonun reklam xarakterli deyil, məlumat məqsədli olduğuna qərar verib və firmaya cərimə yazmayıb.
Qeyd edək ki, Putin sözü gedən gödəkçəni Belarusiya Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı geyinib. (yeni sabah)