Çin klubu Kintananın transferini açıqladı - RƏSMİ

İdman
14:45 / 08.02.2020
6764
"Qarabağ"dan ayrılan Dani Kintana Çinin birinci liqa təmsilçisi "Çendu Better Siti"nin düşərgəsində qoşulub.
Sfera.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
2015-ci ildə "Qarabağ"a transfer olunan 32 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.