Tacikistanda 5 bal gücündə zəlzələ olub

Dünya
15:20 / 29.01.2020
2797
Tacikistanda Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.
Paytaxtda yeraltı təkanlar 3 bal gücündə hiss olunub.
Təbiət hadisəsi nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir.