Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir

Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada da tanınmaqdadır. Xüsusən, regionda və bir sıra dünya dövlətləri ilə qurulan siyasi, iqtisadi, hərbi və mədəni əlaqələr, imzalanan anlaşma memorandumları bunu deməyə əsas verir. Son bir neçə gündə Çin, İran kimi dövlətlərin ardından indi də Vyetnamla bir çox sahədə qurulan əlaqələr, anlaşma memorandumları və enerji sahəsində qarşılıqlı investisiya yatırımı istəkləri bunu deməyə əsas verir. Vyetnam həm də siyasi sferada Azərbaycanı dəsdəkləməsi ilə gündəmə gəlmişdi. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında birgə bəyanat xüsusi önəm kəsb edir. Çünki bu bəyanat gələcək əlaqələrin hər iki tərəf üçün güclü və etibarlı bir zəmin yaratdığının göstəricisi hesab edilə bilər. Hər iki dövlətin energetika sahəsində qarşılıqlı maraqlarını ifadə etməsi və bu sahədə anlaşma memorandumunun imzalanması, qarşılıqlı investisiya qoyuluşu ilə bağlı danışıqların aparılması, gələcəkdə hər iki dövlət üçün iqtisadi inkişaf platforması vəd edir. Enerji sahəsində bu günədək daha çox ticari formada olan bu münasibətlərin qarşılıqlı investisiya qoyuluşu formatında irəliləməsi və yeni mərhələyə keçidi Vyetnamla Azərbaycan əlaqələrinin daha da güclənməsindən xəbər verir. Vyetnamın Azərbaycanda enerji sahəsində investisiya qoyması ilə bərabər, Azərbaycan şirkətləri də Vyetnamın neft sektoruna investisiya yatıracaq.

 

Prezident İlham Əliyevin dediyi kimi, Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və ya digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək.  Hazırda Azərbaycanla Vyetnam arasındakı ticarət dövriyəsi Azərbaycanın Vyetnama neft satışı ilə müəyyənləşir. 

 

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla görüş zamanı bu məsələyə də toxunan İ.Əliyev qeyd edib ki, Vyetnamı Azərbaycandakı investisiya şəraiti və mövcud imkanlar, görülən işlərlə  bağlı məlumatlandırmaq lazımdır ki, ticari balans yalnız neft satışından asılı olmasın. Həmçinin Vyetnam rəhbərliyinə ölkəmizdə bərpaolunan enerji sahəsinə investisiya qoyması da təklif olunub. 

 

Hər iki dövlətin müdafiə sənayesinin inkişaf etməsi, bu sahədə birgə işlərin görülə bilinəcəyi də qeyd olunub.

 

Azərbaycanla Vyetnam qlobal siyasi sferada da birgə hərəkət edir və bir-birini qarşılıqlı olaraq dəsdəkləyirlər. Həmçinin Vyetnam Azərbaycanla Qoşulmama Hərəkatı çərçivəsində də birgə fəaliyyət göstərir. 

 

Vyetnamın Azərbaycanla bir çox sahədə əhəmiyyətli sənədlər imzalaması ondan xəbər verir ki, iki dövlət arasında gələcəkdə daha geniş ticarət dövriyyəsindən və siyasi dəsdəkdən danışa bilərik. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizləri vasitəsi ilə ticarət əlaqələri gücləndirilə bilər. Bu isə iki dövlət arasında uzaq  məsafənin əngəl olmayacağını, bir çox sahələrdə əlaqələrin daha da genişlənəcəyini göstərir.

 

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru

 


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...