Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin yüksək dəqiqlikli silahları mütəxəssislər tərəfindən araşdırılır.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

 

Pakistan qırıcısı mayın 8-də 5 Hindistan hərbi təyyarəsini vurub. Vurulan Hindistan təyyarələrindən 3-ü Fransa istehsalı “Rafale”dir. Qeyd edilir ki, bu, qabaqcıl Çin qırıcısı üçün potensial bir mərhələdir.

 

ABŞ rəsmisinin sözlərinə görə, Pakistanın Hindistan təyyarələrinə qarşı hava-hava tipli raketlər atmaq üçün Çin istehsalı J-10-dan istifadə etdiyinə böyük inam var.

 

Pakistan müdafiə naziri Xavaca Asif mayın 8-də “Reuters”ə bildirib ki, Hindistanın bu yaxınlarda aldığı üç “Rafale” qırıcısının vurulması üçün J-10 təyyarəsindən istifadə edilib.

 

Pakistanın Hindistan hədəflərinin vurulmasında Çin Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən BL-15 raketlərindən istifadə etdiyi də bildirilib.

 

Mütəxəssislər deyirlər ki, qabaqcıl silahların, xüsusilə də döyüş təyyarələrinin faktiki istifadəsi Tayvan və ya Hind-Sakit okean bölgəsində mümkün münaqişəyə hazırlaşan ABŞ və digər ölkələri silahlarını yenidən təhlil etməyə məcbur edəcək.

 

“Defense Express”in mayın 8-də mənbələrə istinadla yaydığı məlumata deyilirdi ki, Pakistan Hindistanın hədəflərinə qarşı Çinin J-10C döyüş təyyarəsinin daşıdığı yeni uzaqmənzilli PL-15E raketi və JF-17 qırıcılarından da istifadə edib.

 

Xatırladaq ki, Azərbaycan ötən il Pakistandan aldığı JF-17 qırıcılarını öz inventarına daxil edib. JF-17 Çin və Pakistanın birgə istehsal etdiyi dördüncü nəsil qırıcıdır.


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...