Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”

Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”

 

“Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-Şərqi Asiyaya qədər uzanır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri də böyük əhəmiyyət kəsb edir”.

 

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 

O, bildirib ki, keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. “Öz çıxışında cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında konstruktiv siyasi dialoq mövcuddur. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusilə mühüm əhəmiyyət kədb edir. Bu sənəd Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırmış oldu. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır.”
 

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin bəyanatında yer almış fikirlər Azərbaycan-Vyetnam əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Mayın 7-də imzalanmış sənədlərdə də bir çox istiqamətlər üzrə əməkdaşlıq təşviq olunur. Cənab Prezident öz bəyanatında vurğuladı ki, aparılan danışıqlar və əldə edilmiş razılaşmalar qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atıldığını deməyə əsas verir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması isə onların əhəmiyyətini daha da artırır. Bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin təqdirəlayiq olduğu vurğulandı. Qeyd olundu ki, Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi şəkildə dəstəkləmişdir. Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində effektiv birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 il uğurla sədrlik etmişdir və bir çox mühüm nailiyyətlərə imza atmağa müvəffəq olmuşdur. Bu gün Qoşulmama Hərəkatının daha nüfuzlu təsisat kimi fəaliyyəti, şübhəsiz ki, həm Azərbaycanın, həm də Vyetnamın maraqlarına uyğun gəlir”.
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...