AFFA daha bir futbolçunu milliləşdirilib

İdman
11:10 / 10.01.2020
2932
Türkiyə Superliqasında oynayan "Alanyaspor" klubunun gənclər komandasının üzvü Muhammed Mustafa Yıldırım Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.
Sfera.az xəbər verir ki, Yıldırım millinin yanvarın 18-də start götürəcək Antalya toplanışına çağırılıb. Hazırlıq prosesi yanvarın 28-də yekunlaşacaq.
Qeyd edək ki, "Alanyaspor"un əsas komandası Superliqada geridə qalan 17 turdan sonra 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.