Şəbnəm Tovuzludan iddialı sözlər: “Unudulmamışam, geri itələnməmişəm” - VİDEO

Maqazin
19:30 / 08.01.2020
3555
Qadının özgüvəni, həm həyatındakı prinsiplərində, həm də sevgidə güvəni olmalıdır. Qadın sevgidə atılıb, unudulmaqdan qorxmamalıdır.
Sfera.az xəbr verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Şou ATV” proqramında deyib.
Məhəbbət mövzusunda ürəkdolusu danışan sənətçi "Mən qorxmuram. Sən məni itirməkdən qorx”, – deyərək fikirlərini bu cür tamamlayıb:
"Bu hiss məndə hər zaman olub. Unudulmamışam, geri itələnməmişəm. Qadın qorxmamalıdır, qorxutmalıdır. Kişini sevgisinə möhtac etməlidir. Kişi qadın qədər fədakar ola bilməz. Qadınlarımız hər zaman başıuca olmalıdır ki, kişi onu itirməkdən qorxsun”.
Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlunun bir qızı və hazırkı həyat yoldaşı "Həci”dən Əli adlı oğlan övladı var.(oxu.az)