“Yuventus” daha bir futbolçunu Qətərə satır

İdman
15:15 / 06.01.2020
1903
İtaliyanın "Yuventus” klubu daha bir futbolçusunu Qətər təmsilçisi "Əl-Duhail”ə satmaq niyyətindədir.
Sfera.az bildirir ki, sözləşmə ilə "Kalyari”yə məxsus olan Xan Kvan Sonu Asiya təmsilçisinə transfer olunmağa yaxındır.
A seriyasında qol vuran ilk KXDR futbolçusu kimi tarixə düşən Son artıq Qətər klubunda tibbi müayinədən də keçib. Onun transferinin reallaşması üçün "Yuventus” asiyalını "Kalyari”dən almalı, sonra qətərlilərə satmalıdır.
Qeyd edək ki, Son "Yuventus”un əsas komandasında debüt etməyib.