Futbol yoxsa xokkey? – NHL-da kanadalı başla qol vurdu – VİDEO

İdman
12:20 / 06.01.2020
1731
Milli Xokkey Liqasında (NHL) "Ottava” klubunun hücumçusu Kolin Uayt "Tampa-Bey” qapısına başla qol vurub.
NHL-ın rəsmi "YouTube” kanalında yerləşdirilən videoda görünür ki, kanadalı rəqib komandanın qapısı qarşısında yaranmış vəziyyətdən qeyri-adi çıxış yolu tapıb.
Lakin oyunun hakimi bu qol qaydalara uyğun olmadığından onu hesaba almayıb.
Oyundan sonra Uayt bu qaydadan xəbəri olmadığını bildirib. (oxu.az)