Rusiyalı “Playboy” ulduzu Yeni il gecəsi Balidə qəzaya düşdü – FOTO

Rusiyalı “Playboy” ulduzu Yeni il gecəsi Balidə qəzaya düşdü – FOTO

"Playboy”un rusiyalı modeli Mariya Liman Yeni il gecəsi Bali adasında qəzaya düşüb.

Model özünün "Instagram” səhifəsində bu haqda yazı və şəkil yerləşdirib.

"Mənə yeni həyat bəxş etdiyi üçün bu Yeni ilə minnətdaram. Əminliklə deyə bilərəm ki, 2020-ci il yanvarın 1-i mənim ikinci doğum günümdür”, - deyə Mariya bildirib.

Modellə birlikdə qəzaya onun sevgilisi aktyor Sebastyan Sisak da düşüb və daha ağır xəsarətlər alıb. Mariya ona tezliklə sağalıb Londona yanına gəlməyi arzulayıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR