“Heç vaxt müharibə ilə lovğalanma, Tramp” - Amerikalı məşhur müharibəni pislədi

“Heç vaxt müharibə ilə lovğalanma, Tramp” - Amerikalı məşhur müharibəni pislədi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yığmasının futbolçusu və qadınlar arasında "Qızıl top" mükafatını qazanmış Meqan Rapino ABŞ Prezidenti Donald Trampı tənqid edib.

Sfera.az xəbər verir ki, tənqidə səbəb ABŞ-ın yaxın günlərdə keçirdiyi əməliyyatlar olub. Qadın idmançı müharibəni pisləyib və Trampı bundan çəkinməyə çağırıb:

"Silahla birlikdə biz həmçinin, insanlarımızı da göndərəcəyik. Onların əksəriyyəti gənc olacaqlar (amma şübhəsiz ki, sənin uşaqların yox). Sən həqiqətən, anlayırsan ki, nə danışırsan? Heç vaxt müharibə ilə lovğalanma, Tramp, çünki bu o deməkdir ki, amerikalılar öləcəklər”.

Xatırladaq ki, Tramp bir müddət öncə "Twitter” hesabında İranın Amerika hərbi bazasına və vətəndaşına hücum edəcəyi halda buna qarşılıq verəcəyini yazıb: "Birləşmiş Ştatlar hərbi texnikaya iki trilyon dollar xərcləyib. Bizim dünyada ən böyük və ən yaxşı ordumuz var! Əgər İran Amerika bazasına və ya istənilən başqa amerikalıya hücum etsə, biz yeni gözəl silahla hərbi hissəni göndərəcəyik … və tərəddüdsüz!"

ABŞ-ın İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymanini öldürülüb. Bundan sonra isə hər iki ölkə arasında gərginlik yaşanır.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...