"Liverpul"da yapon futbolçu

İdman
16:45 / 19.12.2019
3069
"Liverpul" Avstriyanın "Zalsburq" klubundan Takumi Minaminonu transfer edib.
Sfera.az xəbər verir ki, mersisaydlılar Yaponiya millisinin üzvü ilə 2024-cü ilin iyununa qədər müqavilə bağlayıb. 24 yaşlı hücuma meyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 10 milyon avro ödənilib. Yapon futbolçu "qırmızılar"da 18 nömrəli forma altında çıxış edəcək.
Minamino 2014-cü ildən oynadığı "Zalsburq"da 199 oyuna 64 qol vurub, 44 assist edib.