“Keşlə”nin Antalya toplanışının tarixi bəlli olub

İdman
17:30 / 18.12.2019
2094
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə” komandası 12 – 24 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.
Sfera.az xəbər verir ki, bu barədə "Report”a klubun Mətbuat xidmətindən məlumat verilib.
Paytaxt təmsilçisi Laradakı "Adalya Elite Lara Hotel”də məskunlaşacaq. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq dönəmində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Matçların tarixləri və rəqiblər hələ dəqiqləşməyib.
Qeyd edək ki, Premyer Liqada çıxış edən digər 7 komanda da yanvarda Antalyada toplanışda olacaq.