Xatun Fatimə ilə pul üstündə düşən davalarından danışdı: “Ərini üstümə çağırdı” - VİDEO

Mənim Fatimə ilə münasibətim yoxdur. Bəzi insalar var ki, onunla küsülü qalmaq daha yaxşıdır. Çünki o adam sənin üçün oxunmuş bir kitabdır. Oxuyub, atırsan kənara ki, bunun hara qədər başı və "ponyatkası”, hara qədər insanlığı var.
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Youtube”da yayımlanan "Səmimi” layihəsində söyləyib.
"Heç kimə, hətta düşmənimə belə pislik arzu etmirəm. Demək istəyirəm ki, "edir analar, çəkir balalar”. Mən Fatimə ilə yaşanan davada özümə bəraət qazandırmıram. Mən onunla davamı etdim, bitirdim. Elə həmin gün onunla olan kin-küdurətim getdi. Sabah Fatimənin başına pis hadisə gələrsə, yanındakı yalançılar (onu aldadan, bizim aramızı vuran, söz aparıb-gətirən) onun dadına çatsınlar.
"Mənə toxunan Fatimənin üstümə ərini göndərməsi oldu. Təqsir onun ərində idi. O gərək deyərdi ki, "Gedin, işinizlə məşğul olun. Arvad söhbətinə qarışmaram”. Bizim Fatimə ilə aramızda böyük problem də olmayıb.
Xatun daha sonra Fatimə ilə qalmaqalın pul üstündə düşdüyünü açıqlayıb:
"Xına mərasimi olacaqdı. Mən də Fatiməni ora dəvət etmişdim. Öncə dedi havayı gələrəm, sonra məndən 1000 manat pul istədi. Dedim ki, 1000 yox 500 manat verə bilərəm. Onun üstündə mənimlə dava edir. Pulun da adını çəkmir. Elə buradan ona deyirəm ki, bizim qalmaqalımız pul üstündə olub”. (oxu.az)