Canlı efirdə qonaq olan Könülə oğlunun vəziyyətinin pis olduğu xəbəri verildi: Bu yükü qaldıra bilmərəm - FOTO

Canlı efirdə qonaq olan Könülə oğlunun vəziyyətinin pis olduğu xəbəri verildi: Bu yükü qaldıra bilmərəm - FOTO
 "Şokdan hələ ayıla bilmirik. Səbəbsiz... Nə isə olar, nə isə gözlənilirdi deyim ki, yox. Qəfildən belə bir hadisə. Heç birimiz hələ özümüzə gələ bilmirik. Həmişə deyirdim "göz"ə inanmıram, qəbul eləmirəm. Artıq susuram!"

Sfera.az xəbər verir ki, bunu əməkdar artist Könül Kərimova oğlu Rəşadın ürəyində qəfil yaranan problemlə bağlı danışarkən deyib.

Xanım sənətçi oğlunun bu hadisədən bir neçə gün qabaq keçdiyi tibbi müayinədən tam sağlam çıxdığını bildirib:

"Elə bildim dünyanın axırı gəlib, qiyamətdir, sondur. Mən bu yükü qaldıra bilmərəm heç vaxt. Övladlarıma görə hər şeydən keçərəm. Başqa cür təsəvvür edə bilmirəm. Bir boğanaq idi, qəfil gəldi keçdi. Amma hələ də biz o şokdan ayıla bilmirik. 

Mən bilmədim, məndən gizlədiblər. Başqa kanalda canlı yayımda verilişdə idim. Oynayıram, gülürəm, atılıram və çıxanda Cabbar müəllim zəng elədi ki, xəstəxanaya getmək lazımdır. Bilirdim Rəşadı evdə nasaz qoyub gəlmişəm. Dedim niyə gedək? Dedi "Gedək, gedək". Anlamadım, ağlıma gəlmirdi. Biz getdik, ora çatanda hamı orada idi. Mən xəstəxanaya çatana qədər hamısı da bir-birinə söz verib ki, heç nə olmamış kimi məni qarşılasınlar. Ona görə mənə adi gəldi. Gördüm ki, hamı heç nə olmamış kimi qəşəng qarşıladı məni. Hətta orada tibb bacılarına qəribə gəlmişdi ki, sakit gəldim, sakit getdim və onlara deyiblər ki, Könül xanımın xəbəri yoxdur. Əməliyyatı bilmədim mən. Amma təcili əməliyyat olunub. Adam nə qədər səhər 5-də, 6-da yatar?! Düzgün qidalanmamaq, siqaret və energetik içkilər... Rəşad məni gülə-gülə qarşıladı - "Mama mən yaxşıyam, hər şey yaxşıdır". Heç nə başa düşmədim. Sən demə əməliyyatdan çıxıb. Girmişəm yanına deyirəm ki, "Sözə baxmırsan, bax, indən belə sözə baxarsan". Amma bilmirəm ki, o, əməliyyat olunub. Evə gəlmişəm. Oradan məni gətiriblər evə, bir çay veriblər. Mənə dedilər "Bu gəldi keçdi, şükür elə, sevin. Bu möcüzədir". Sonradan bildim. Səbəb nə idi axı? Göz, nəfs... 

get tibbi müayinədən keç. Getdi yoxlandı, heç nə yox, tam sağlam bir uşaq. Nə oldu birdən-birə?!".

Xatırladaq ki, Mərkəzi Klinikaya təcili tibbi yardımla çatdırılan Rəşadın ürəklə bağlı ciddi problemləri olduğu aşkarlanıb, üzərində anju əməliyyatı keçirilib. (sfera.az)




OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...