"Valensiya" futbolçusuna fantastik qiymət qoydu

İdman
11:30 / 18.12.2019
1975
İspaniyanın "Valensiya” klubu yarımmüdafiəçisi Karlos Solerin müqaviləsini uzadıb.
Sfera.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2023-cü ilin iyununa qədər yeni sözləşmə bağlanılıb. İspaniyalı oyunçunun sərbəst qalma dəyəri 150 milyon avro təyin edilib.
Soler "yarasalar”ın yetirməsidir.