“Liverpul” Yurgen Kloppla müqaviləni uzadıb

İdman
16:10 / 13.12.2019
1920
İngiltərənin "Liverpul” klubu baş məşqçisi Yurgen Kloppla müqaviləni uzadıb.
Sfera.az bildirir ki, almaniyalı mütəxəssislə anlaşma 2024-cü ilin yayına qədərdir.
2020/21 mövsümünün sonunda başa çatacaq əvvəlki müqavilə daha 3 il uzadılıb. Qeyd edək ki, əvvəllər "Mayns” və Dortmund "Borussiya”sını çalışdırmış Y.Klopp 2015-ci ildən "Liverpul”un baş məşqçisidir.