Azərbaycanlı hakim karyerasını başa vurub

Azərbaycanlı hakim karyerasını başa vurub
 

Azərbaycanlı futbol hakimi Yaşar Abbasov karyerasını başa vurub. 

Sfera.az bildirir ki, bu barədə məlumatı apasport.az saytına ədalət təmsilçisinin özü verib. 

FİFA dərəcəli referi köməkçisinin adı 2020-ci il üçün açıqlanan siyahıdan çıxarılıb. O bildirib ki, buna səbəb karyerasını başa vurmasıdır: "Artıq qərarımı verərək, hakimliyi bitirmişəm. Çox ciddi zədəm var. Müəyyən müddət müalicə lazımdır. Fikirləşdim ki, yaşım da az olmadığından onu müalicə etdirib, bərpa prosesi keçənə kimi hakimliklə vidalaşım”. 

39 yaşlı hakim sözlərinə görə, tək beynəlxalq arenada deyil, yerli yarışlarda da olmayacaq: "Əvəzedilməz insan yoxdur. Yerli yarışlarla vidalaşdığım üçün beynəlxalq karyeram da bitdi”. 

Qeyd edək ki, 2006-cı ildən hakimliyə başlayan Abbasov 3 il sonra Premyer Liqada debüt edib. 2012-ci ildən isə FİFA dərəcəli hakim köməkçisi statusu alıb.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...