Asiyanın ən yaxşı futbolçusu müəyyənləşdi

İdman
14:25 / 04.12.2019
2628
Asiyada 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub.
Sfera.az qol.az-a istinadən xəbər verir ki, bu, "Tottenhem"in hücumçusu Son Hın Mindir. Bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. Son artıq 3-cü dəfədir ki, qitəsində ilin ən yaxşı futbolçusu seçilir. Bu, rekord göstəricidir.
27 yaşlı hücumçu daha əvvəl 2015 və 2017-ci illərdə Asiyanın ən yaxşı futbolçusu seçilmişdi.