“Üzünə lənət” - Səidə Sultanın “Çakır” üsyanı

Maqazin
15:00 / 30.11.2019
4163
Dünən Bakıda "Park Bulvar”da siması olduğu mağazanın açılışına qatılan türkiyəli məşhur aktyor Okyat Kaynarca izdihama səbəb olub. "Çakır” obrazı ilə məşhurlaşan aktyorla şəkil çəkdirmək istəyə fanatları ona çətin anlar yaşadıblar.
Sfera.az xəbər verir ki, bu isə müğənni Səidə Sultanı əsəbləşməsinə səbəb olub. Xanım ifaçı bu barədə sərt fikirlər səsləndirib və O. Kaynarcanı tanımadığını deyib:
"Bu kişini tanıyanın üzünə lənət. Belə hamımız yığışıb getsək, Qarabağı alarıq! Biz elə ancaq çalıb-oynayaq, atlanıb-düşək. Birdə ki, başqalarını tutaq matah edək, özmüzünkünü də vuraq, əzək”. (yeni sabah)