Məşhur prodüser yarım milyonluq “Rolls Royce” avtomobilində - Fotolar

Maqazin
16:30 / 28.11.2019
2335
"TV8”in sahibi, prodüser və aparıcı Acun İlicalı "Rolls Royce Cullinan” markalı avtomobilə minərkən görüntülənib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Acun avtomobilin ona məxsus olmadığını deyib.
"Avtomobil mənim deyil, sadəcə, şirkət bir həftəlik maşını mənə verib. Ona görə xahiş edirəm yeni avtomobilim olduğunu yazmayın”, - deyə kanal sahibi qeyd edib.
Lakin Acunun bu açıqlaması jurnalistlərə inandırıcı gəlməyib. Onun avtomobili aldığı iddia olunur.
Qeyd edək ki, bəhs edilən avtomobil modelinin qiyməti 325 min dollardan (təxminən 552 min manat) başlayır. (yeni sabah)