Ağabala Ramazanov Küveyt klubunun bir addımlığında

Ağabala Ramazanov Küveyt klubunun bir addımlığında
 

Azərbaycan millisinin və "Səbail”in hücumçusu Ağabala Ramazanov karyerasını Küveytdə davam etdirə bilər.

 

Sfera.az xəbər verir ki, yüksək liqa təmsilçisi "Əl-Ərəbi” 26 yaşlı forvardın transferində israrlıdır. Bunun üçün qışda "Səbail”ə rəsmi təklif ediləcək, Ağabalanın qarşısına isə yaxşı müqavilə şərtləri qoyulacaq.

 

"Səbail”dəki qeyri-müəyyən duruma görə, Ağabalanın Küveytə yollanmaq ehtimalı yüksəkdir.

 

"Əl-Ərəbi” Küveyt Premyer Liqasına uğurlu start verməyib. Komandanın 6 turdan sonra 2 xalı var. Klub rəhbərliyi buna görə komandanı qışda gücləndirməyə qərar verib.

 

Küveytdə daha bir azərbaycanlı futbolçu çıxış edir. Kamal Mirzəyev yayda "Qəbələ”dən "Əl-salmiyə”yə keçdi. 25 yaşlı yarımmüdafiəçi komandasında əsas heyət üzvünə çevrilib. (sportal)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...