"Qarabağ" UEFA reytinqində "Milan" və "Fiorentina"nı qabaqlayır

Klubların UEFA reytinqi açıqlanıb.

Avrokubokların pley-off mərhələsi başa çatdıqdan sonra siyahıda bəzi dəyişikliklər baş verib.

Lakin bunlar Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi "Qarabağ”dan yan keçib. İki matçın nəticəsinə görə Şimali İrlandiyanın "Linfild” klubunu (2:3, 2:1) səfər qolu sayəsində mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri 70-ci sırada qalıblar.

Azərbaycan çempionu mərhələ adlamaqla cari mövsümdəki qazancını da 3,000-ə çatdırıb. Son 5 ilə əsasən hesablanan reytinq xalı isə 20,000-a yüksəlib.

"Qarabağ” 69-cu olan "Styaua”dan 0,500 xal geridədirsə, 71-ci yerin şərikləri "Milan”, "Selta”, "Partizan” və "Fiorentina”nı 1,000 xal qabaqlayır.

Digər təmsilçilərimizdən "Qəbələ” 7,500 xalla 141-ci, "Neftçi” 3,750 xalla 270-ci sırada qərarlaşıb. "Səbail”, "Keşlə”, "Zirə” və "Kəpəz” 3,550 xalla 280-ci pillənin şərikləridir.

Qeyd edək ki, 421 komandanın yer aldığı cədvələ "Real” başçılıq edir – 121,000 xal. (APA)



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...