“Ana, nə olar ölmə!”. Türkiyədə dəhşətli cinayət - VİDEO

“Ana, nə olar ölmə!”. Türkiyədə dəhşətli cinayət - VİDEO

Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsini əks etdirən kadrlar izləyənləri dəhşətə gətirib. 

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Belə ki, eks-əri Fedai Baran 10 yaşlı qızının gözü qarşısında onun boğazını kəsib.

Sözügedən kadrlarda mərhum boğazını tutaraq ölmək istəmədiyini söyləyir. Hadisənin şokunda olan 10 yaşlı qızı isə ona yaxınlaşaraq "ana, nə olar ölmə!”, - deyir.

Yaralı Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

F. Baran daha sonra açıqlamasında keçmiş həyat yoldaşının uşağın yanında onu təhqir etdiyi üçün bu yola əl atdığını bildirib. 

"Söhbət zamanı Əminədən təkrar evlənib evlənməyəcəyini soruşdum. Çünki belə bir şey eşitmişdim. O da evlənəcəyini dedi. Daha sonra uşağın kimdə qalacağını danışan zaman məni təhqir etdi. Əsəbiləşib əvvəlcə qarın boşluğuna bıçaqla zərbə vurdum, daha sonra bədəninin müxtəlif nahiyələrinə”.
 
Hadisə ilə bağlı sosial şəbəkələrdə Əminə Bulud həştəqi yaradılıb və hər kəs bu hadisəyə qarşı çıxıb. İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu qətllə bağlı fikrini bildirərək qadının "ölmək istəmirəm” çığırtısının bu günə kimi cinayətə qurban gedən bütün qadınların səsi olduğunu bildirib.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...