Toy gecəsi bakirə çıxmayan arvadının başını qırxıb ata evinə göndərdi - VİDEO

Toy gecəsi bakirə çıxmayan arvadının başını qırxıb ata evinə göndərdi - VİDEO
Ailə qızlarının intiharında onun həyat yoldaşını günahlandırıb

Azərbaycanda intihar edən 5 ayın gəlini Mahirənin ailəsi bu dəfə ATV telekanlında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib.

Verilişdə intihar edən gəlinin anası Məxruq danışıb. Onun sözlərinə görə, qızı ailə qurub, beş ayın gəlini olub. Daha sonra isə özünü evdə asaraq intihar edib. Ailə qızlarının intiharında onun həyat yoldaşını günahlandırıb.

"İyunun 7-dən elçi gəldilər, avqust ayına qədər uzatdım. Sonra qızım dedi ki, "əgər verməsəniz, qoşulub qaçacağam". Oğlan da bir dəfə ailəli olub, ayrılıb. Oğlangil tərəfdə birinci gəlinin haqqında bizə demişdilər ki, guya toy gecəsi qız çıxmayıb. Başını qırxıb geri qaytarıblar. Hadisə baş verən gün isə çox narahat idim. Qızımın həyat yoldaşına zəng edib dedim ki, evdəsənsə, Mahirəylə danışım. O da dedi ki, "yox, rayona müştəri aparmışam. On dəqiqəyə evə çatım, danışdıraram". Yenə ürəyim dözmədi, qayınanasına zəng vurdum. O da dedi ki, axşam danışmışam, hər şey yaxşıdır. Telefonu söndürən kimi, kürəkənim zəng vurub dedi ki, Mahirə özünü asıb. Qızımgilə çatanda, gördüm ki, polislər Təcili Tibbi Yardımla qızımı xəstəxanaya aparırlar. Bizə də maraqlıdır, qızım necə özünü asıb ki, tavandan torpaq qopmayıb, asdığı dəmir əyilməyib".
 
yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...