Azərbaycanlılarla çeçenlər arasındakı insidentdə əli olan bloger barəsində İTTİHAM

Azərbaycanlılarla çeçenlər arasındakı insidentdə əli olan bloger barəsində İTTİHAM
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha əvvəl Moskvanın cənub-şərqindəki "Neolit" kafesi yaxınlığında çeçenlər və azərbaycanlılar arasında baş vermiş insidentdə əli olduğuna görə saxlanılan bloger Əlibəy Mirzəxanovu terror fəaliyyətində şübhəli şəxs kimi dindirib.

"Report" xəbər verir ki, bu barədə TASS-a onun vəkili Şamil Yandarbayev bildirib.

Onun sözlərinə görə, FTX müstəntiqləri bütün gecə onun müştərisini dindirib, Ə.Mirzəxanov isə ünvanına yönələn ittihamları qəbul etməyib. Vəkil blogerin 2014-cü ildən indiyədək olan dövrdə cinayət tərkibli əməllər etməkdə ittiham olunduğunu da vurğulayıb.

Vəkilin sözlərinə görə, istintaq bu gün Moskvanın Meşanski Məhkəməsinə Ə.Mirzəxanovun həbs olunmasına dair qətiimkan tədbiri seçilməsi üçün müraciət etməyi planlaşdırır. Təqsirləndirilən şəxs təkcə ittiham olunduğu elə bir maddə üzrə 20 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Ə.Mirzəxanov keçən həftə "Neolit" kafesi yaxınlığında baş vermiş kütləvi dava işi üzrə saxlanılıb. Fevralın 18-də Moskva Kuzminski Məhkəməsi Ə.Mirzəxanovun həbs edilməsi barədə istintaqın vəsatətinin nəzərədən keçirilməsini təxirə salıb və onun saxlanma müddətini 72 saat uzadıb. Fevralın 20-də məhkəmə baxılmamış vəsatəti istintaqa qaytarıb.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...