Bakı sakini smartfona görə anasını öldürdü

Bakı sakini smartfona görə anasını öldürdü

Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb.

Sfera.az bildirir ki, bu barədə "Sputnik Azərbaycan” Nərimanov Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Qətl fevralın 18-də törədilib.

 

Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o, stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

"Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Günlərlə evdə olmayıb. Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. Çox keçmədən cinayət yerinə polis gəlib”, - deyə polis rəsmisi bildirib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smarfona görə düşüb. E.Müslümov arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldırıb.

Qeyd edək ki, evdə onlardan başqa heç kim yaşamayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayətkar epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.

Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...