Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı - FOTO/VİDEO

Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı - FOTO/VİDEO
ABŞ polisi mobil telefonların təmiri mağazasının sahibi olmuş azərbaycanlı gənc Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib. Elçin bu il yanvarın 14-də, səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yerləşən öz mağazasında qarət cəhdi zamanı qətlə yetirilib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, azərbaycanlı gəncin qətlindən sonra polis Millerin videosunu yayıb və Federal Təhqiqat Bürosu qatilin həbs olunması üçün onun yeri barədə informasiya verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. Qatilə qarşı adam öldürmə, təhlükəli silahla qarət və odlu silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılıb. Polisin məlumatına görə, Miller mağazanı qarət edərkən Elçin heç bir müqavimət göstərməyib. Xəlilov xəstəxanaya çatdırılıb və boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişib.
 
 
Elçin Xəlilov
29 yaşlı azərbaycanlı gənc əslən Sumqayıt şəhərindən olub.

Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində "Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.
 
Elçin Xəlilovu öldürən qatil
Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...