“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı - VİDEO

“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı - VİDEO
Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini yayıb.

Sfera.az-ın"Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, söhbət bu il yanvarın 28-də Nijnevartovsk şəhərində kriminal avtoritet Taleh Orif oğlu Əliyevə qəsd edən 23 və 39 yaşlı azərbaycanlı killerlərdən gedir.

Qeyd olunur ki, Nijnevartovskun Marjal Jukov küçəsində 39 yaşlı şəhər sakini evinin qarşısında güllələnib. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

İstintaqa görə, sui-qəsdin sifarişçisi "Lotu Quli” kimi tanınan "qanuni oğru” Nadir Səlifovdur. O, Nijnevartovsk bazarlarına nəzarət uğrunda T. Əliyevi güllələtdirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisədə şübhəli bilinən daha bir nəfər beynəlxalq axtarışa verilib.

"Mash” teleqram-kanalı sui-qəsdlə bağlı yeni məlumat əldə edib. Bildirilir ki, "Lotu Quli”nin Rusiyada müvəkkili Vasif DünyamalıyevXantı-Mansiysk muxtar vilayətinə gələrək yerli bazarlara nəzarət üçün razılaşma əldə etmək istəyib. Lakin o, avtoritet Taleh Orif oğlu Əliyevdən rədd cavabı alıb. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb.

"V. Dünyamalıyevə tabe olan, "Malış” ləqəbli Asif Əliyev yanvarın 23-də T. Əliyevlə görüşərək ona artıq biznesini "Lotu Quli”yə təhvil verməli olduğunu deyib. Taleh isə Vasifi qovaraq Nijnevartovska yaxın durmamağı bildirib. Bundan sonra "Malış” Talehin "işini görmək” üçün iki killerlə danışıb. Növbəti günlərdə T. Əliyevə qarşı sui-qəsd cəhdi olub”, - deyə məlumatda vurğulanır.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...